DÜNYA

28 Aprel

Toyota istehsal və satışda ən yüksək səviyyəyə çatıb

Yapon avtomobil istehsalçısı Toyota Motorun qlobal istehsalı və satışı 2022-ci maliyyə ilində indiyədək ən yüksək səviyyəyə çatıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, 2022-ci maliyyə ili üçün qlobal istehsalı 2021-ci maliyyə ili ilə müqayisədə 6,5 % artaraq 9,13 milyona çatıb.

Yapon firmasının satışları 1% artaraq 9,61 milyona çatıb. Şirkətin bundan əvvəlki qlobal satış rekordu 2018-ci maliyyə ilində, 9,55 milyon avtomobil satıldığı dövrdə qeydə alınıb.

Zəminə Hüseyn
Fins.az