Yaponiya Bankı (BoJ) pul siyasətini dəyişməyərək yenidən nəzərdən keçirməyə qərar verib.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, iclasdan sonra verilən açıqlamada nəzərdən keçirilməsi üçün 1-1,5 il müddətinin ayrılacağı vurğulanıb.
Yaponiya Bankı (BoJ) artım gözləntilərini yüksəltməklə yanaşı, yaxından izlədiyi əsas inflyasiya ilə bağlı gözləntilərini aşağı salıb.
BoJ-un açıqlamasına görə, 2023-cü maliyyə ili üçün əsas istehlak qiymətləri gözləntiləri 1.6 faizdən 1.4 faizə, 2024-cü maliyyə ili üçün isə 1.8 faizdən 1.2 faizə endirilib. Bank 2025-ci maliyyə ili üçün gözləntilərini 1.0% olaraq açıqladı.
Zəminə Hüseyn
Fins.az