Türkiyə Statistika Qurumu (TÜİK), turizm sektorunun bu ilin yanvar-mart aylarının məlumatlarını dərc edib.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, turizm sektorunda 2023-cü ilin birinci rübündə turist sayı 8,2 milyon, gəlir isə 8,7 milyard dollar olub.
Buna görə turizm gəlirləri yanvar, fevral və mart aylarından ibarət olan birinci rübdə keçən ilin eyni rübünə görə 32,3 % artıb. Turizm gəlirlərinin 20,8 % -i ölkəyə gələn xarici vətəndaşlardan əldə edilib.
Zəminə Hüseyn
Fins.az