DÜNYA

28 Aprel

Almaniya Çinə çip ixracını məhdudlaşdırır

Almaniyanın çip istehsalında istifadə edilən kimyəvi maddələrin Çinə ixracını məhdudlaşdırmaq üçün danışıqlar apardığı açıqlanıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Almaniyanın sözügedən addımı həyata keçərsə, "Merck" və "BASF" kimi Alman kimya şirkətləri istehsal etdikləri yarımkeçirici kimyəvi maddələrin bir hissəsinin Çinə satışını məhdudlaşdıra bilər.

Qeyd edək ki, Çin son 7 ildə Almaniyanın ən böyük ticarət tərəfdaşı kimi rekorda imza atıb.

Zəminə Hüseyn
Fins.az