DÜNYA

28 Aprel

ABŞ-da işsizlik müavinətinə müraciətlər gözləntilərin altındadır

ABŞ Əmək Departamenti işsizlik müraciətləri ilə bağlı məlumatları açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, ABŞ-da işsizlik müavinəti üçün ilk dəfə müraciət edənlərin sayı ötən həftədə gözləntilərin altında 230,000-ə düşüb.

Bazar gözləntiləri müraciətlərinin bu dövrdə 248 min səviyyəsində reallaşması idi.

Zəminə Hüseyn
Fins.az