DÜNYA

27 Aprel

"2023-cü ildə qlobal artım yavaşlayacaq, işsizlik artacaq”

Allianz Trade 2023 İqtisadi Görünüş Hesabatını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, hesabata görə, 2023-cü ildə qlobal artımın yavaşlayacağı və məşğulluğun azalmağa başlayacağı və buna paralel olaraq işsizlik nisbətinin də artacağı proqnozlaşdırılır.

Hesabatda diqqət çəkən məqamlar arasında qlobal artımın 2023-cü ildə 2,2 % -ə qədər yavaşlayacağı, 2024-cü ildə isə bu nisbətin çox məhdud artımla 2,3 %-ə yüksələcəyi ilə bağlı fikir var.

Zəminə Hüseyn
Fins.az