Avropadan olan 16 maliyyə xidməti provayderinin gələn ilin əvvəlində yeni Avropa ödəniş sistemini işə salmağı planlaşdırdığı açıqlanıb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Avropa Ödəniş Təşəbbüsü (EPI) tərəfindən edilən açıqlamada Avropadakı bankların öz ödəniş xidmətlərini işə salmaq təşəbbüsünü dəstəklədikləri bildirilib.
Sözügedən ödəniş sisteminin pilot tətbiqinə 2023-cü ilin sonunda Fransa və Almaniyada başlanacaq, tətbiqi isə 2024-cü ildə digər ölkələrə yayılacaq.
EPI-nin ödəniş sisteminin keçən il fəaliyyətə başlaması planlaşdırılırdı, lakin bəzi üzv banklar ödəniş sistemindən çıxdıqdan sonra proses bir qədər gecikdi.
"BFCM", "BNP Paribas", "EPI", "BPCE", "Credit Agricole", "Deutsche Bank", "DSGV", "ING", "KBC", "La Banque Postale", "Nexi", "Societe Generale" və "Worldline" EPI-nin səhmdarları sırasındadır.