ABŞ, texnologiya şirkəti "Seagate"ni Çinin texnologiya nəhəngi "Huawei"yə sərt disklər sataraq ixrac nəzarətini pozduğuna görə 300 milyon dollar cərimələyib.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, ABŞ Ticarət Departamenti, "Seagate Technology"nin 2020-ci ildə ixrac nəzarətinin tətbiqindən sonra "Huawei"yə 1,1 milyard dollardan çox mal göndərdiyini bildirib.
"Seagate" bu səbəbdən 300 milyon dollar cərimələnib və cəriməni 5 il ərzində hər üç aydan bir 15 milyon dollar hissə-hissə ödəyəcək.
Zəminə Hüseyn
Fins.az