DÜNYA

20 Aprel

BVF və Dünya Bankının 2026 cı-ildə görüşləri Taylandda olacaq

Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının illik görüşü 2026-cı ildə Taylandın paytaxtı Banqkokda keçiriləcək.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, 2026-cı ilin oktyabrında keçiriləcək illik toplantının iki qurumun idarəedici şuralarının səsləri ilə Banqkokda keçirilməsinə qərar verildiyi bildirilib.

Qeyd edək ki, BVF və Dünya Bankının görüşləri sonuncu dəfə 1991-ci ildə Banqkokda keçirilib.

Zəminə Hüseyn
Fins.az