DÜNYA

19 Aprel

Morgan Stanley-in mənfəəti birinci rübdə azalıb

ABŞ-ın bank nəhəngi "Morgan Stanley"in mənfəəti ilk rübdə azalıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, bankın xalis mənfəəti 20 % azalaraq 2,84 milyard dollar olub. Səhm üzrə mənfəət 1,70 dollar olub.

Bankın xalis gəlirləri bu dövrdə 1,9 % azalaraq 14,5 milyard dollar olub. Gözlənti isə 14,07 milyard dollar olacağı idi.

Zəminə Hüseyn
Fins.az