“Meta” daha çox səmərəlilik məqsədi ilə yaxın aylarda işdən çıxarmağa başlayacaq.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, şirkət noyabr ayında təxminən 11.000 nəfəri işdən çıxardıqdan sonra yenidən işdən çıxarmaq qərarına gəldiyi bildirilib.
Rəhbərlərə göndərilən bildirişdə işdən çıxarılma qərarının şirkətin "Facebook", "WhatsApp", "Instagram" və "Reality Labs"a təsir edəcəyi, işdən çıxarıldıqdan sonra işçilərin vəzifələrinin yenidən müəyyən ediləcəyi bildirilib.
Bundan əlavə, göndərilən qeyddə ilk rübün sonuna qədər işə qəbulu donduran Meta-nın bu müddəti uzatdığı bildirilib.
Zəminə Hüseyn
Fins.az