Avropa Statistika İdarəsi (Eurostat) fevral ayı üçün tikinti istehsalı məlumatlarını açıqlayıb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, tikinti istehsalı fevral ayında əvvəlki ayla müqayisədə 2,3 % artıb.
Aİ-də isə tikinti istehsalı da fevral ayında əvvəlki aya görə 2% , keçən ilin eyni dövrünə görə isə 2,1 % artıb.
Ən yüksək artım 13,3% ilə Avstriya, 3,5 % ilə Hollandiya və 3,1% ilə Rumıniyada qeydə alınıb. Azalma isə 3,7% ilə Çexiyada, 1,6% ilə İsveçdə və 0,8 % ilə Slovakiyada müəyyən edilib.
Zəminə Hüseyn
Fins.az