DÜNYA

19 Aprel

Aİ-də mart ayında avtomobil satışı 1 milyonu keçib

Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) mart ayı üçün Aİ ölkələrinin yeni avtomobil qeydiyyat məlumatlarını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Avropa İttifaqında (Aİ) avtomobil satışları mart ayında 28,8 % artaraq 1 milyon 87 min 939-a çatıb.

Birliyə üzv ölkələrdə yeni nəqliyyat vasitələrinin qeydiyyatı 2023-cü ilin yanvar-mart aylarında keçən ilin eyni dövrünə görə 17,9 % artaraq 2 milyon 650 min 711-ə çatıb.

Zəminə Hüseyn
Fins.az