"Google"un baş direktoru Sundar Piçai bəyan edib ki, cəmiyyət süni intellektin sürətli inkişafına hazırlaşmalıdır.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, CBS televiziyasına müsahibə verən Piçai, "Google"un süni intellekt sisteminin necə işlədiyini "tam başa düşmədiyini" qeyd edib.
Cəmiyyətin buna uyğunlaşması lazım olduğunu bildirən Piçai, süni intellekt səbəbindən işini itirənlər arasında yazıçıların, mühasiblərin, memarların, hətta proqram mühəndislərinin də olacağını bildirib.
Süni intellektin sürətli inkişafı ilə bağlı gələcəkdə yalan və ya saxta məlumatların sürətlə yayılmasının daha çox olacağını ifadə edən Pichai, cəmiyyətin süni intellektin daha təhlükəsiz olması üçün edilən qaydalara uyğunlaşması lazım olduğunu vurğulayıb.
Piçai onu da əlavə edib ki, süni intellektin inkişafına təkcə proqram tərtibatçıları deyil, həm də filosoflar, sosial elmlərin mütəxəssisləri töhfə verməlidir.
Zəminə Hüseyn
Fins.az