DÜNYA

19 Aprel

Togg yeni təcrübə mərkəzlərini istifadəyə verib

Türkiyənin yerli elektrikli avtomobil markası Togg, bir-birinin ardınca İstanbul, İzmir və Adanada yeni təcrübə mərkəzlər açdığını bildirib.

Fins.az "Habertürk"ə istinadən xəbər verir ki, bu çərçivədə Togg, İzmir Agora AVM, M1 Adana AVM və İstanbul Zeytinburnu Yedi Mavi AVM-də yeni təcrübə mərkəzlərini istifadəyə verib.

Togg Türkiyənin 7 bölgəsində təcrübə mərkəzləri, xidmət və çatdırılma məntəqələri açmağa davam edəcəyini bildirib.

Zəminə Hüseyn
Fins.az