DÜNYA

18 Aprel

Ernst & Young 3 min nəfəri işdən çıxarmağa hazırlaşır

Beynəlxalq konsaltinq, audit və vergi şirkəti EY (Ernst Young) cari iqtisadi şəraitə görə ABŞ-da işçi qüvvəsini azaldacağını bildirib.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, şirkət işçi qüvvəsini 5 % ixtisar edəcəyini açıqlayıb.

Bildirilib ki, işçi qüvvəsinin ixtisarına dair qərar şirkətin ABŞ-dakı 3000-ə yaxın işçisinə təsir edəcək. İşdən çıxarılma qərarı şirkətin bəzi hissələrində mövcud iqtisadi şərait və işçi qüvvəsində həddindən artıq potensialın təsiri qiymətləndirildikdən sonra qəbul edilib.

Zəminə Hüseyn
Fins.az