DÜNYA

18 Aprel

Türkiyə əhalisinin 26,5 faizini uşaqlar təşkil edir

Türkiyə Statistika Təşkilatı 2022-ci il üçün uşaq sayının statistikasını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, ötən ilin sonu etibarilə 22 milyon 578 min 378 olaraq təyin olunan Türkiyənin uşaq sayı ölkə əhalisinin 26,5%-ini təşkil edib.

Uşaqların ən çox olduğu yer 44,9%  ilə Şanlıurfa, ən aşağı nisbətə malik yer isə 16,9% ilə Tunceli olub. Statistikaya görə, 51,3 %-ni oğlanlar, 48,7 %-ni isə qızlar təşkil edib.

Zəminə Hüseyn
Fins.az