İngiltərə Milli Statistika İdarəsinin (ONS) işsizliklə bağlı məlumatları açıqlayıb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, İngiltərədə işsizlik fevral ayında 3,8 %-ə çatıb.
Yanvar ayında 3,7% olan işsizliyin fevral ayında 3,8%-ə yüksəldiyi, ölkədəki ümumi işsizlərin sayının hazırda 1 milyon 292 min. olduğu bildirilib.
İngiltərədə inflyasiya fevral ayında 10,4 % artaraq son 40 ilin ən yüksək səviyyəsinə yaxınlaşıb. Fevral ayında ərzaq qiymətləri də 18,2 % ilə son 45 ilin ən kəskin artımını qeyd edib.
Zəminə Hüseyn
Fins.az