DÜNYA

17 Aprel

Melburn Avstraliyanın ən çox əhalisi olan şəhər olub

Ötən əsrdə Avstraliyanın ən çox əhalisi olan şəhəri Sidney Melburnla əvəzlənib.

Fins.az "Habertürk"ə istinadən xəbər verir ki, son məlumatlara görə, 2021-ci ilin iyun ayı etibarilə Melburn əhalisinin sayı Sidneyi 18 min 700 nəfər qabaqlayaraq 4 milyon 875 min 400 nəfərə yüksəlib.

Mütəxəssislər bildirirlər ki, Sidneydə əhali artımı səngiyib və son illərdə daha çox insan şəhəri tərk edərək ölkənin digər bölgələrinə köçüb.

Zəminə Hüseyn
Fins.az