DÜNYA

17 Aprel

Türkiyədə muzdlu işçilərin sayı illik müqayisədə 6,6 % artıb

Türkiyə Statistika Təşkilatı (TÜİK) fevral ayı üzrə muzdlu işçilərin statistikasını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, fevral ayında keçən ilin eyni ayına görə muzdlu işçilərin sayı 6,6 % artıb.

Sözügedən ayda işçilərin sayı sənaye sektorunda 4,2 %, tikinti sektorunda 15,4 %, ticarət-xidmət sektorunda isə 6,7 % artıb.

Zəminə Hüseyn
Fins.az