DÜNYA

17 Aprel

ABŞ-da mart ayında sənaye istehsalı gözləntiləri üstələyib

ABŞ Federal Ehtiyat Sistemi (FED) mart ayı üçün sənaye istehsalı məlumatlarını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, sənaye istehsalı mart ayında aylıq bazda 0,4 % artaraq gözləntiləri üstələyib.

Bazar gözləntiləri isə bu dövrdə sənaye istehsalının 0,2% artması idi. Sənaye istehsalı fevralda 0,2 % artıb.

Zəminə Hüseyn
Fins.az