Almaniya Federal Statistika İdarəsi (Destatis) topdansatış qiymətləri indeksini açıqlayıb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, topdansatış qiymətlərinin illik artımında qida, içki və tütün məmulatlarının qiymət artımının təsirli olduğu və bu məhsulların qiymətlərinin keçən ilin mart ayı ilə müqayisədə orta hesabla 16,4 % baha olduğu bildirilib.
Mart ayında neft məhsullarında illik bazda 17,9 % azalma olduğu halda, ət və heyvandarlıq məhsullarının qiymətlərində artım illik bazda müvafiq olaraq 20% və 37,6 % təşkil edib.
Südün, yumurtanın və yağın qiymətləri illik müqayisədə 19,6 %, tikinti materiallarının qiymətləri isə 19,8 % bahalaşıb.
Yanvar və fevral aylarında 8,7 % olan illik inflyasiya, enerji qiymətlərinin düşməsi səbəbindən mart ayında 7,4 % ə enib.