Azərbaycan bu ilin yanvar-fevral aylarında Gürcüstana 64,6 milyon dollar dəyərində qeyri-neft sektoru məhsulları ixrac edib.
Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 2,3 çoxdur. Bununla Gürcüstan Azərbaycandan qeyri-neft məhsullarının idxalında üçüncü yerdə olub.
Əlavə edək ki, 2022-ci ilin eyni dövründə Azərbaycanın qeyri-neft məhsullarının Gürcüstana ixracı 28 milyon dollar dəyərində olub.