DÜNYA

11 Aprel

Hollandiyada iflas olan qurum və şirkətlər artıb

Avrozonada beşinci ən böyük iqtisadiyyat olan Hollandiyada iflasların sayı 2023-cü ilin birinci rübündə iki dəfədən çox artıb.

Fins.az "CNN"ə istinadən xəbər verir ki, müflis olan kafe və restoranların sayı təxminən üç dəfə artaraq 54-ə çatıb.

Yanvar-mart aylarında ölkədə təxminən 781 şirkət və qurumun müflis olduğu bildirilib, keçən il isə bu rəqəm 506 idi.

Hesabatda iflasların sayının artması enerji qiymətlərinin kəskin artması və yüksək inflyasiya səviyyəsi ilə əlaqələndirilir.

Zəminə Hüseyn
Fins.az