Avropa Statistika İdarəsi (Eurostat) fevral ayı üçün Avropa İttifaqı (Aİ) və Avrozona üçün pərakəndə satış məlumatlarını açıqlayıb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Avrozonada pərakəndə satışlar fevral ayında 0,8% azalıb, keçən ilin eyni dövrünə görə isə 3 % azalma müşahidə olunub.
İqtisadçılar fevralda pərakəndə satışların aylıq 0,8%, illik 3,5 % azalacağı proqnozlaşdırırdılar.
Aİ-da pərakəndə satışlar fevral ayında əvvəlki ayla müqayisədə 0,9 %, keçən ilin eyni dövrü ilə müqayisədə isə 3,1% azalıb. Ən yüksək azalma 10,5% ilə Sloveniyada, 2% ilə Macarıstan və Polşada, 1,6% ilə İsveçdə qeydə alınıb.
Macarıstanda pərakəndə satışlar illik bazda 10,1 %, İsveçdə 8,5 % və Almaniyada 7 % azalıb.
Zəminə Hüseyn
Fins.az