Fransa prezidenti Emmanuel Makronun Çinə səfəri zamanı iki ölkə arasında gəmiçilik sənayesində rekord qıran müqavilə imzalanıb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, müqavilə çərçivəsində 16 böyük konteyner gəmisinin inşası üçün razılığa gəliblər.
Ümumi dəyəri 3,2 milyard dollar olan sövdələşmə, Çin şirkətinin bir anda aldığı ən böyük həcmli gəmi sifarişidir.
Müqavilə çərçivəsində Fransa şirkətinə 23 min TEU, 4 və 15 min TEU tutumlu 12 gəmi təslim ediləcək.
Gəmilər "CSSC"nin Çinin Şanxay və Dalian şəhərlərindəki gəmiqayırma zavodlarında tikiləcək.
Zəminə Hüseyn
Fins.az