DÜNYA

10 Aprel

"Anthropic" 5 milyard dollarla ən güclü süni intellekt hazırlayır

OpenAI-nin keçmiş üzvləri tərəfindən qurulan Amerikanın süni intellekt təhlükəsizlik və araşdırma şirkəti Anthropic, 5 milyard dollarla ən güclü süni intellekt modelini inkişaf etdirməyi planlaşdırdığını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, dörd illik plan çərçivəsində araşdırmaları üçün milyardlarla dollar maliyyə təmin edəcək şirkət, tibbi xəstə qeydlərinin təhlili, şirkətlər üçün kodlaşdırma modelləri, sənədlərin redaktəsi və mətn yaradılması, Chatbot və təlim xidmətləri nəzərdə tutur.

Şirkət indiki ən güclü süni intellektdən 10 dəfə daha bacarıqlı, şərti olaraq "Claude-Next" adlanan "sərhəd modeli" qurmağı planlaşdırdığını açıqlayıb.

Zəminə Hüseyn
Fins.az