DÜNYA

10 Aprel

Türkiyədə fevral ayında işsizlik məlumatları açıqlanıb

Türkiyə Statistika Təşkilatının (TÜİK) Fevral 2023 məlumatlarını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, 2023-cü ilin fevral ayında 15 və yuxarı yaşda olan işsizlərin sayı əvvəlki ayla müqayisədə 65 min nəfər artaraq 3 milyon 514 min nəfərə çatıb. İşsizlik nisbəti isə 0,2 bənd artaraq 10,0 % olub. 

2023-cü ilin fevral ayında məşğul əhalinin sayı əvvəlki ayla müqayisədə 361 min nəfər azalaraq 31 milyon 460 min nəfər, məşğulluq nisbəti isə 0,6 bənd azalaraq 48,2 % olub. Bu göstərici kişilərdə 65,0 % olduğu halda, qadınlarda 31,8 % olub.

Zəminə Hüseyn
Fins.az