Dünyanın ən böyük kriptovalyuta platformalarından biri olan "Binance"in ABŞ-dakı törəmə şirkəti "Binance US", "Signature Bank" iflas etdikdən sonra müştərilərinin nağd pullarını idarə edəcək bank tapmaqda çətinlik çəkməsinə səbəb olub.
Bu barədə Fins.az "Bloomberg"ə istinadən xəbər verir.
"Binance.US" əvvəllər pul yatırmaq üçün "Signature Bank" və ya "Silvergate Capital Corp"dan istifadə edirdi. Hər iki maliyyə qurumunun uğursuzluğu ilə ABŞ kriptovalyuta birjası "Binance" bank tərəfdaşı axtarmağa başlayıb.
"Binance.US" hazırda öz adından vəsait saxlamaq üçün ən azı bir vasitəçidən istifadə edir ki, bu da vəsaitlərin göndərilməsi və köçürülməsi prosesini ləngidə bilər.
Bəzi banklar tənzimləyici risklərlə bağlı narahatlıqlara görə "Binance US" ilə iş görmək istəmirlər.
Zəminə Hüseyn
Fins.az