DÜNYA

07 Aprel

Dünyada hava nəqliyyatı ilə sərnişin daşımaları artıb

Dünyada bu ilin fevral ayında hava nəqliyyatı ilə sərnişin daşımalar ötən ilin eyni ayı ilə müqayisədə 55,5% artaraq pandemiyadan əvvəlki səviyyənin təxminən 85%-ə çatıb.

Fins.az xəbər verir ki, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) məlumat açıqlayıb.

Beynəlxalq sərnişin tələbi isə 2022-ci ilin eyni ayına görə 89,7% artıb.