DÜNYA

07 Aprel

Türkiyənin Aİ ölkələrinə avtomobil ixracı 25,5% artıb

Türkiyənin avtomobil sənayesi ilin ilk 3 ayında ixracatının təxminən 70 %-ni Avropa İttifaqı ölkələrinə edib.

Fins.az "Habertürk" ə istinadən xəbər verir ki, bu dövrdə Aİ ölkələrinə ixrac əvvəlki ilin eyni dövrünə görə 25,5 % artaraq 6 milyard 28 milyon 688 min dollara çatıb.

Avtomobil sənayesinin ixracı birinci rübdə 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15,8 % artaraq 7 milyard 445 milyon 40 min dollardan 8 milyard 619 milyon 158 min dollara yüksəlib.

Zəminə Hüseyn
Fins.az