DÜNYA

07 Aprel

Alibaba-nın səhmləri 2,5 % bahalaşıb

"Alibaba"nın Honq-Konq Fond Birjasındakı səhmləri bu ay öz süni intellekt alətini işə salmaq planlarını açıqlayan hesabatdan sonra 2,5 % bahalaşıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Honq-Konqda da satılan "SenseTime Group Inc"in səhmləri, şirkətin "ChatGPT"yə meydan oxuyan proqram təminatını işə salmağa hazırlaşdığına dair fərziyyələr fonunda son beş gündə bahalaşıb.

"Microsoft Corp." "Google"a meydan oxumaq üçün OpenAI-a 10 milyard dollar maliyyə ayırdıqda süni intellekt tədqiqatlarında rəqabət güclənib.

Zəminə Hüseyn
Fins.az