DÜNYA

07 Aprel

ABŞ-ın xam neft ehtiyatları azalıb

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya xam neft ehtiyatlarının keçən həftə təxminən 3 milyon 700 min barrel azalaraq 470 milyon barrelə düşdüyünü açıqlayıb.

Fins.az "Habertürk"ə istinadən xəbər verir ki, bazar gözləntisi ehtiyatların 4 milyon 346 min barrel azalacağı idi.

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə 400 min barrel azalaraq 371 milyon 200 min barelə düşüb.

Sözügedən dövrdə ABŞ-ın benzin ehtiyatları 4 milyon 100 min barrel azalaraq 222 milyon 600 min barelə düşüb.

Zəminə Hüseyn
Fins.az