Bu ilin mart ayında İngiltərədə ev qiymətləri illik bazda 1,6 % artıb.
Fins.az "Habertürk"ə istinadən xəbər verir ki, İngiltərənin mənzil kredit təşkilatı "Halifax"ın verdiyi açıqlamada, bu ilin mart ayında ölkədə mənzil qiymətlərinin aylıq 0,8 % artdığı, orta hesabla bir evin qiymətinin isə 287 min 880 lirəyə yüksəldiyi bildirilib.
Ölkədə mənzil qiymətlərinin mart ayında illik bazda yüzdə 1,6 artaraq son üç il yarımın ən zəif göstəricisini nümayiş etdirdiyi bildirilib.
Zəminə Hüseyn
Fins.az