Türkiyədə gənclərin ölkəni tərk etməsində artım olub.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, 2019, 2020 və 2021-ci illərdə 20-29 yaş arasında 286 min gənc Türkiyədən köçüb.
Son iki ildə gənclər ölkədən 708 min, son üç ildə isə 1 milyon 38 min nəfər mühacirət edib.
2021-ci ildə xaricdən Türkiyəyə köçənlərin sayı keçən ilə nisbətən 116,9% artaraq 739 min 364 nəfər, son iki ildə ölkəni tərk edənlər isə 708 mini keçib.
Zəminə Hüseyn
Fins.az