DÜNYA

06 Aprel

ABŞ-ın xidmət sektorunda aktivlik gözləniləndən aşağı düşüb

ABŞ-da xidmətlər indeksi mart ayında yeni sifarişlərin azalması ilə aşağı düşüb. Bu, son 3 ayda ən aşağı səviyyə olub.

Fins.az "Bloomberg"-ə istinadən xəbər verir ki, xidmətlər indeksi mart ayında 51,2-ə düşüb. Gözlənti 54,4 idi. Fevral ayında indeks 55,1 səviyyəsində idi.

50-dən yuxarı qiymət sektorda artımı göstərir, lakin bu azalma şirkətlərin və istehlakçıların daha ehtiyatlı davrandığını göstərir.

Yeni sifarişlər indeksi 10 bənddən çox azalaraq 52,2-yə, məşğulluq indeksi 54-dən 51,3-ə, istehsal indeksi isə 55,4-ə düşüb.

Zəminə Hüseyn
Fins.az