DÜNYA

05 Aprel

ABŞ-ın ticarət kəsiri son 4 ayın ən yüksək səviyyəsinə çatıb

Ölkədə ixracın idxaldan çox azalması səbəbindən xarici ticarət kəsiri üçüncü ayda artıb.

ABŞ Ticarət Nazirliyinin məlumatlarına görə, xarici ticarət kəsiri fevral ayında 2,7% artaraq 70,5 milyard dollara çatıb.

Fins.az "Bloomberg"-ə istinadən xəbər verir ki,  iqtisadçılar 68,8 milyard dollar gözləyirdilər.

İdxal 1,5 % azalaraq 321,7 milyard dollar, ixrac isə 2,7 % azalaraq 251,2 milyard dollar olub.

İxrac və idxalın azalması iqtisadi qeyri-müəyyənliklər səbəbindən həm daxili, həm də xarici tələbin azalmasına işarə edir.

Zəminə Hüseyn
Fins.az