DÜNYA

05 Aprel

İngiltərədə elektrikli avtomobil satışları rekord həddə çatıb

İngiltərə elektrikli avtomobil satışları aylıq bazda ən yaxşı performansını mart ayında 18,6% artıraraq göstərib.

Fins.az "Bloomberg"-ə istinadən xəbər verir ki, İngiltərə Motorlu Nəqliyyat İstehsalçıları Assosiasiyasının (SMMT) mart ayı məlumatlarına görə, ölkədə avtomobil satışları ardıcıl 8-ci ayda 18,2 % artıb.

Keçən ay cəmi 287.825 yeni avtomobil satıldığı halda, 2023-cü ilin ilk rübü bu artımla 2019-cu ildən bəri ən güclü performansa malik dövr olub. Bu dövrdə cəmi 2,7 milyard lirə dəyərində yarım milyona yaxın avtomobil satılıb.

Adi yanacaqla işləyən avtomobillər ümumi satışın 56,3 %-ni təşkil edib.

Elektrikli avtomobil satışları isə mart ayında aylıq bazda 18,6% artaraq tarixin ən yaxşı performansını göstərdi. Ötən ay İngiltərədə 46 626 elektrik avtomobili satılıb. Elektrikli avtomobil bazarının həcmi demək olar ki, dəyişməyərək 16,2 % olub.

Plug-in hibrid avtomobil satışları da keçən ilin eyni dövrü ilə müqayisədə mart ayında 11,8 % artıb.

Zəminə Hüseyn
Fins.az