ABŞ-da fabrik sifarişləri fevral ayında proqnozlaşdırılandan çox azalıb, iş yerləri isə 2021-ci ildən bəri ilk dəfə olaraq 10 milyondan aşağı düşüb.
Fins.az "Bloomberg"-ə istinadən xəbər verir ki, ABŞ Ticarət Departamenti fevral ayı üçün fabrik sifarişləri məlumatlarını açıqlayıb.
Açıqlamaya görə fabrik sifarişləri 0,7% azalıb. İqtisadçıların orta hesablamaları 0,5 % aşağı olub.
Nəqliyyat istisna olmaqla, sifarişlər də 0,3 % azalıb. Gözlənti heç bir dəyişiklik olmaması idi.
Ölkədə vakant iş yerlərinin sayı 2021-ci ildən bəri ilk dəfə olaraq 10 milyondan aşağı düşüb. Açıq iş mövqeləri 632 min azalaraq 9,93 milyona, gözlənti isə 10,5 milyon olacağı idi. Bu dövrdə vakant iş yerlərinin sayının artdığı sektorlar tikinti, incəsənət, əyləncə və istirahət sahələridir.
Zəminə Hüseyn
Fins.az