DÜNYA

05 Aprel

Yeni Zelandiyada faiz artımı gözləntiləri aşıb

Yeni Zelandiyanın Ehtiyat Bankı siyasət faizini bazar gözləntilərini üstələyən 50 baza bəndi artırıb. Bu artımla siyasət faizi 4,75 %-dən 5,25 %-ə yüksəlib.

Fins.az "Bloomberg"-ə istinadən xəbər verir ki, Yeni Zelandiya Ehtiyat Bankı (RBNZ) inflyasiyanı orta müddətli qiymət hədəf aralığına qaytarmaq üçün siyasət faizini 50 baza bəndi artırıb.

Bazar gözləntiləri faiz dərəcələrində 25 bəndlik artım olub.

Yeni Zelandiyanın istehlak qiymətləri indeksi 2022-ci ilin son rübündə 7,2 % təşkil edərək, oktyabr ayında görülən tarixi zirvələr ətrafında hərəkət edib.

Zəminə Hüseyn
Fins.az