Aprelin 4-də Amerika fond bazarında Dow Jones indeksi 0.59% – 33,402.38 bəndədək, SP 500 indeksi 0.58% – 4,100.60 bəndədək, Nasdaq indeksi isə 0.52% – 12,126.33 bəndədək azalıb.
Fins.az xəbər verir ki, Avropa fond bazarlarında aprelin 4-də Almaniyanın DAX indeksi 0.14% – 15,603.47 bəndədək artıb, FTSE 100 indeksi 0.50% – 7,634.52 bəndədək, Fransanın CAC-40 indeksi isə 0.01% - 7,344.96 bəndədək azalıb.
Avro isə ABŞ dolları qarşısında ötən günlə müqayisədə 0.01% dəyər qazanaraq 1.0954 dollara bərabər olub.