ABŞ Ticarət Nazirliyinin açıqladığı məlumatlara görə, fevral ayında tikinti xərcləri gözləntilərə uyğun olaraq 0,1 % azalıb.
Fins.az "Bloomberg"-ə istinadən xəbər verir ki, ABŞ-da tikinti xərcləri fevral ayında bazar gözləntilərinə uyğun olaraq 0,1 % azalıb.
Ölkədə tikinti xərcləri bir əvvəlki aya görə 0,1% azalaraq 1,84 trilyon dollar oldu.
Sözügedən dövrdə dövlət tikinti xərcləri 0,2% azalıb, özəl sektorun tikinti xərcləri isə sabit qalıb.
Fevralda tikinti xərcləri illik müqayisədə 5,2% artıb.
Zəminə Hüseyn
Fins.az