DÜNYA

04 Aprel

Avrozonada inflyasiya gözləntiləri azalıb

Avrozonada növbəti 12 ay üçün inflyasiya gözləntiləri azalıb.

Fins.az CNN-ə istinadən xəbər verir ki,  Avropa Mərkəzi Bankı (ECB) İstehlakçı Gözləntiləri Sorğunun nəticələrini açıqlayıb. Buna görə Avrozonada gələcək 12 ay üçün inflyasiya gözləməsi 4,6 % olub. Əvvəlki sorğuda növbəti 12 ay üçün inflyasiya gözləntiləri 4,9% idi.

Növbəti 3 il üçün inflyasiya gözləntiləri də 2,5 %-dən 2,4 %-ə düşüb.

Zəminə Hüseyn
Fins.az