Rusiyanın dəniz yolu ilə xam neft ixracı gündəlik 4 milyon barreli keçərək yeni zirvəyə çatıb.
Fins.az bu barədə "Bloomberg"-ə istinadən xəbər verir ki, Rusiya xam neft ixracının ümumi həcmi gündəlik 1 milyon barel artaraq 4,13 milyona çatıb.
Almaniyaya neft ixracı 2022-ci ilin sonunda dayanıb və Polşaya ixrac gündə təxminən 60 min barel azalıb.
Çin, Hindistan və Türkiyə üzərindən müxtəlif bölgələrə neft ixracı 3,29 milyon barellə yeni zirvələrə çatıb.
Rusiyanın Türkiyəyə ixracatı 162 min barellə 5 həftənin ən yüksək səviyyəsinə çatıb. Bolqarıstana isə ixrac 104 min barrellə 5 həftənin zirvəsinə çatıb.
Zəminə Hüseyn
Fins.az