ABŞ-ın sürətli xidmət göstərən restoranlar şəbəkəsi McDonald's-ın bu həftə ABŞ-dakı ofislərini müvəqqəti olaraq bağladığı və fəaliyyətini dayandırmağa hazırlaşdığı bildirilib.
Fins.az "Bloomberg"-ə istinadən xəbər verir ki, keçən həftə ABŞ işçilərinə və bəzi beynəlxalq işçilərinə elektron poçt göndərərək onlardan bazar ertəsindən çərşənbə gününə qədər evdən işləməyi xahiş edib.
Sözügedən elektron poçtda aprelin 3-ü həftəsində şirkət miqyasında vəzifələr və kadrlarla bağlı mühüm qərarların bildiriləcəyi, lakin neçə nəfərin işdən çıxarılacağı ilə bağlı məlumat verilmədiyi bildirilib.
Zəminə Hüseyn
Fins.az