DÜNYA

03 Aprel

Pakistanda inflyasiya 35 faizlə rekord həddə çatıb

Mart ayında ölkədə istehlak qiymətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 35,37 % artıb. Beləliklə, 1970-ci illərdən bəri ən yüksək artım qeydə alınıb. Fevralda ölkədə illik inflyasiya 31,5 % təşkil edib.

Fins.az "Bloomberg"-ə istinadən xəbər verir ki, rəsmi məlumatlara görə, mart ayında aylıq inflyasiya 3,72% təşkil edib.

Ölkədə inflyasiyanın artmasına səbəb olan əsas amillər ərzaq və yeyinti qrupunun artması ilə elektrik enerjisinin bahalaşması olub.

Zəminə Hüseyn
Fins.az