DÜNYA

31 Mart

Avrozonada baza inflyasiyasında yeni rekord

Avropa Statistika İdarəsinin (Eurostat) məlumatına görə, Avrozonasında inflyasiya mart ayında 0,9 %, illik isə 6,9 % artıb. Orta gözlənti aylıq 0,9 %, illik isə 7,1 % olub. Əsas inflyasiya 5,7 %-lə rekord səviyyəyə çatıb.

Fins.az "Bloomberg"-ə istinadən xəbər verir.

Avrozonada fevral ayında 8,5% olan illik inflyasiya, mart ayında 6,9% olub. Bazar gözləntiləri mart ayında avrozonada illik inflyasiyanın 7,1 % olacağı idi.

Aİ-yə uyğun məlumatlara görə, inflyasiya Latviyada 17,3 %, Estoniyada 15,6 %, Litvada 15,2 %, Slovakiyada 14,8 %, Xorvatiya 10,5% , Sloveniyada 10,4%, Avstriyada 9,2 % İtaliya 8,2%, Portuqaliyada 8%, Almaniyada 7,8%, İrlandiya və Maltada 7%, Finlandiyada 6,8%, Fransada 6,6%, Yunanıstanda 5,4%, Belçikada 4,9%, Hollandiyada 4,5% , İspaniyada 3,1% və Lüksemburqda 3% təşkil edib.

Zəminə Hüseyn
Fins.az