Rusiyanın bu ilin yanvarın 1-nə xarici dövlət borcu 380,5 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 101,8 milyard dollar azdır.
Fins.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının materiallarında deyilir.
Məlumata görə, Rusiyanın xarici borcu əsasən kreditlərin ödənilməsi hesabına azalıb. Eyni zamanda, ötən il Rusiyanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 2 dəfə artıraraq 233 milyard dollar olub.