ABŞ İqtisadi Təhlil Bürosunun (BEA) yekun proqnozuna əsasən, Ümumi Daxili Məhsulun (ÜDM) artımı illik 2,6 faiz artıb.
Fins.az CNN-ə istinadən xəbər verir ki, iqtisadçılar illik 2,7% artacağını proqnozlaşdırırdılar.
Oktyabr-dekabr rübündə ümumi daxili məhsulun artımı iyul-sentyabr aylarındaki 3,2 %-lik artım tempindən aşağı olub.
Əksər iqtisadçılar cari yanvar-mart rübündə artımın kəskin şəkildə yavaşladığını düşünürlər, bunun səbəbini isə qismən Fed-in inflyasiyanı cilovlamaq üçün faiz dərəcələrini davamlı olaraq artırmasında görürlər.
Zəminə Hüseyn
Fins.az