DÜNYA

30 Mart

ABŞ-da işsizlik müraciətləri 3 həftədən sonra yüksəlib

ABŞ-da işsizlik müraciətləri gözləntiləri üstələyib və 198.000-ə yüksəlib. Bu, ABŞ-da üç həftədən sonra müraciətlərdə ilk artım olub.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, ABŞ iqtisadiyyatı ötən ilin son rübündə 2,6 % artıb.

Yanvar ayında ölkə ÜDM-i ilə bağlı açıqlanan ilk məlumatlarda iqtisadiyyatın ötən ilin dördüncü rübündə 2,9 % artdığı, fevralda açıqlanan ikinci proqnozda isə 2,7 % artdığı qeyd edilib.

Zəminə Hüseyn
Fins.az